Xetaq Karsanov dünya çempionatında gümüş medal qazandı

22:53 - 7 Sentyabr 2024

Xetaq Karsanov dünya çempionatında gümüş medal qazandı

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.

 

Manset.az xəbər verir ki, bu gün sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.

Ayxan Abdullazadə (65 kq) türkiyəli Avropa çempionu Abdullah Toprakla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdə minimal fərqlə məğlub olub – 5:6.

Xetaq Karsanov (97 kq) isə finalda Rizabek Aitmuxanla qarşılaşıb. Təmsilçimiz ötən il böyüklər arasında dünya çempionu olmuş Qazaxıstan güləşçisiylə bacarmayıb (0:10) və dünya çempionatında gümüş medalı boynundan asıb.


Xəbər xətti

4 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin