“Hizbullah” İsrailin şimalına raket zərbələri endirdi

15:09 - 8 Sentyabr 2024

“Hizbullah” İsrailin şimalına raket zərbələri endirdi

“Hizbullah” Livanla sərhəddən 2,5 kilometr aralıda yerləşən Kiryat Şmona şəhərindəki İsrail ordusunun mövqelərinə raket zərbələri endirib.

 

Manset.az TASS-a istinadla xəbər verir ki, bu barədə qurumun teleqram kanalında yerləşdirilmiş bəyanatında qeyd edilib.

Bildirilib ki, “Hizbullah” döyüşçüləri bu yaşayış məntəqəsinə çoxsaylı raket sistemlərindən onlarla mərmi atıblar. Kibbutz Şamirdəki hərbi baza da raket atəşinə tutulub. Bu hücumların nəticələri barədə təfərrüatlar və qurbanlar haqqında məlumat verilmir.


Xəbər xətti

8 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin