İlham Əliyev Putinlə görüşdü - YENİLƏNİR
8 Oktyabr 2024
22:06 - 8 Sentyabr 2024
Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.
Manset.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.
Koşitse şəhərindəki "Koşitse Futbol Arenası"nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.
Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.
***
UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçında növbəti qol vurulub.
Manset.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci qolu vurublar - 2:0.
26-cı dəqiqədə Streleç fərqlənməyi bacarıb.
***
UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçında hesab açılıb.
Manset.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.
22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.
***
20:23
Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.
Manset.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gəlir.
Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin