Neymar müayinələrdən keçdi - Bəd xəbər aldı

01:00 - 9 Sentyabr 2024

Neymar müayinələrdən keçdi - Bəd xəbər aldı

Keçən payızdan bəri çarpaz bağın yırtılmasından müalicə olunan “Əl-Hilal”ın və Braziliya millisinin 32 yaşlı cinah oyunçusu Neymar tibbi və fiziki müayinələrdən keçə bilibməyib.

 

Manset.az xəbər verir ki, ona tam sağalmaq üçün daha çox vaxt lazım olduğu müəyyənləşib. Bu barədə “Thamer” X sosial şəbəkəsində məlumat verib.

Braziliyalı futbolçu 2023-cü ilin yayında Səudiyyə Ərəbistanı klubuna keçib. Bu müddət ərzində o, bütün turnirlərdə cəmi 5 matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


Xəbər xətti

8 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin