Narin cinayətində DƏHŞƏTLİ etiraf: "Uşağı çuvalın içinə birlikdə qoyduq"

17:32 - 9 Sentyabr 2024

Narin cinayətində DƏHŞƏTLİ etiraf:

Türkiyəni yasa boğan Narin Güran cinayəti ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

 

Manset.az-ın verdiyi məlumata görə, bu barədə Haber Global xəbər yayıb.

Bildirilir ki, saxlanılanlar arasında olan bir şəxs Narinin cansız bədənini çaya apardığını etiraf edərək, kəndin icra nümayəndəsi olan Narinin əmisi ilə dialoqunu danışıb:

"Saatını tam xatırlamıram, ancaq günortanı keçmişdi. Evimizə suların verilişi dayandığı üçün kəndimizin muxtarı (icra nümayəndəsi - red.) Salim Gürana zəng etdim və problem barədə məlumat verdim. Təxminən bir dəqiqə danışdıq. O, mənə nasazlıq üçün səlahiyyətlilərlə əlaqə yaradacağını dedi".

Etiraf edən şəxsin sözlərinə görə, bununla da danışıqları bitib. Amma sonra icra nümayəndəsi ilə yolda rastlaşıb:

"Mənim və Güranın evi təxminən 80-100 metr məsafədədir. Evdən öz maşınımla çıxdım, sonra arxamdan Salim Güranın avtomobillə gəldiyini gördüm. O, siqnal və işıq verdi. İçməli su ilə əlaqədar bir şey deyəcəyini düşünərək gözlədim. Salim maşınından enərək mənə doğru gəldi, mən də maşından düşdüm. O, əli ilə ön sərnişin oturacağında olan yorğana bükülü bir şeyi göstərərək "bunu yox edəcəksən" dedi. Mən də göstərdiyi şeyin yanına yaxınlaşdım və baxanda yorğana bükülü nəsə gördüm. İnsan olduğunu anlayanda təəccübləndim və tərəddüd etdim. Güran mənə "Ailəni yaxşı düşün, sənə 200 min TL (təxminən 10 min manat - red.) pul verərəm", - dedi. Ətrafımızda heç kim yox idi. O, maşınımda torba olub-olmadığını soruşdu, mən də baqajdan rəngini xatırlamadığım bir çuval çıxararaq Salim Gürana verdim. Yorğana bükülü uşağı alıb çuvalın içinə birlikdə qoyduq. Bu əsnada uşağın əynində qara qısaqol köynək və şort, həmçinin kiçik çantası var idi. Uşağı torbaya qoyduğumuz əsnada sağ qulağının arxasında boyun bölgəsində qızartı görünürdü. Mənə niyə öldürdüyündən və ya kimin öldürdüyündən danışmadı. Amma özü öldürməyibsə, niyə cəsədi gətirib yox etməyi mənə tapşırsın ki?.." - deyə saxlanılan şəxs bildirib.

O, qızın cəsədini çayda gizlətdikdən sonra axtarışlara qoşulduğunu deyib.

***

14:05

Narin Güranın cənazəsi ekspertizadan sonra ailəsinə təhvil verilib. 

Manset.az xəbər verir ki, 8 yaşlı Narin Tavşantepe qəbiristanlığında dəfn edilib.

***

11:25

Türkiyənin Diyarbakır şəhərində itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı yeni detallar açıqlanıb.

 

Manset.az türk mediasına istinadən xəbər verir ki, ilkin baxış keçirən mütəxəssislər cəsədin üzərində 91 bioloji qalıq tapıldığını bildiriblər:

"Sol ayaqda diz qapağından başlayan qopma var. Cəsədin tapıldığı kisənin içində Narinə aid olduğu bildirilən ayaq sümüyü çıxdı. Ayaqdakı qopmanın səbəbi incələmələrdən sonra bəlli olacaq".

Mütəxəssislərin ilkin məlumatına görə, cəsəddə ciddi səviyyədə çürümə başlayıb və ölüm səbəbini ilk baxışda konkretləşdirmək mümkün olmayacaq. Cəsəddə gözlə görüləcək səviyyədə kəsici alət və ya silah yarası yoxdur.

Daxili qanaxma da təsbit edilməyib.


Xəbər xətti

8 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin