Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər - YENİLƏNİB
4 Oktyabr 2024
14:10 - 9 Sentyabr 2024
Avstraliyanın Cənubi Avstraliya əyaləti 14 yaşından kiçik uşaqlara sosial media qadağası qoymağa hazırlaşır.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Cənubi Avstraliya əyalətində Ali Məhkəmənin keçmiş hakimi Robert Frans azyaşlı uşaqların sosial mediadan istifadə etməsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb.
Baş nazir Malinauskas bildirib ki, bu hesabata daxil edilən qanun layihəsinə əsasən, 14 yaşından kiçik uşaqlar sosial mediadan istifadə edə bilməyəcək.
Sosial medianın avstraliyalıların psixi sağlamlığına dağıdıcı təsirləri olduğunu deyən Malinauskas bütün ştatları bu hesabatı qəbul etməyə çağırıb.
Qanun layihəsinin əvvəlcə Cənubi Avstraliyada, sonra isə digər ştatlarda parlamentlərə təqdim ediləcəyi gözlənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin