Bu ölkədə atəşfəşanlıq qadağan edildi

15:23 - 9 Sentyabr 2024

Bu ölkədə atəşfəşanlıq qadağan edildi

Dünyanın ən çox hava çirkliliyinə malik şəhərlərindən biri olan Hindistanın paytaxtı Yeni Dehlidə 2025-ci il yanvarın 1-dək atəşfəşanlıq istehsalı, satışı və istifadəsi qadağan edilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Dehli əyalətinin ətraf mühit naziri Qopal Rai məsələ ilə bağlı açıqlama verib.

Rai paytaxtda havanın çirklənməsinə nəzarət etmək üçün 2025-ci il yanvarın 1-dək hər cür atəşfəşanlığın istehsalı, satışı və istifadəsinin qadağan edildiyini açıqlayıb.

"Çirkliyə nəzarət etmək üçün hamımız birlikdə məsuliyyət daşımalıyıq. Hər bir Dehli sakini çirklənməyə qarşı olarsa və ətraf mühitin qorunmasına nəzarət edərsə, insanları təhlükədən xilas edə bilərik".

 


Xəbər xətti

4 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin