Elvin Basqallıya ağır itki üz verib - FOTO
8 Oktyabr 2024
08:35 - 10 Sentyabr 2024
Almaniya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizə və ictimaiyyəti mümkün təhlükələrdən qorumaq üçün ölkənin bütün quru sərhədlərində müvəqqəti sərhəd nəzarəti elan edib.
Manset.az xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyindən açıqlama verilib.
Məlumata görə, yoxlamalar sentyabrın 16-da başlayacaq və ilkin olaraq 6 ay davam edəcək.
"Biz daxili təhlükəsizliyi gücləndiririk və qeyri-qanuni miqrasiyaya qarşı sərt mövqeyimizi qoruyuruq", - Almaniyanın daxili işlər naziri Nensi Fazer bildirib.
Həmçinin Avstriya Daxili İşlər Naziri Gerhard Karner bu gün verdiyi açıqlamada Almaniyanın rədd etdiyi heç bir immiqrantı sərhəddə qəbul etməyəcəklərini vurğulayıb:
“Orada manevr etməyə yer yoxdur. Bu qanundur. Mən federal polis rəisinə heç bir ekstradisiyaya icazə verməməyi tapşırmışam".
Xatırladaq ki, Almaniya Danimarka, Hollandiya, Belçika, Lüksemburq, Fransa, İsveçrə, Avstriya, Çexiya və Polşa ilə 3700 kilometrdən çox quru sərhədini bölüşür.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin