Qərbi Azərbaycan İcması Ermənistan prezidentinə cavab verdi
13 Oktyabr 2024
09:09 - 10 Sentyabr 2024
ABŞ prezidenti Co Bayden ABŞ seçkilərinə müdaxilə etdiklərinə görə xarici təşkilatlara və şəxslərə qarşı birtərəfli sanksiyaların tətbiqini nəzərdə tutan sərəncamın müddətini daha bir il uzadıb.
Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Bəyanata əsasən, Birləşmiş Ştatlar Amerikanın seçki prosesinə Rusiyanın müdaxilə etdiyini iddia edib və Rusiyadan olan fiziki və hüquqi şəxslərə qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib.
Moskva isə cavab olaraq ABŞ seçkilərinin gedişinə təsir etmək cəhdləri ilə bağlı iddiaları rədd edir.
Fidan Əliyeva
Manşet.az
Baydenin bəyanatına görə, “xarici gücün ABŞ-dakı hər hansı seçkilərdə səsvermənin nəticəsini dəyişdirdiyinə və ya səslərin hesablanmasına təsir etdiyinə dair heç bir sübut olmadığı halda, digər dövlətlər tarixən Amerikanın azad və açıq siyasi sistemindən faydalanmağa çalışıblar”.
“Yalnız və ya böyük ölçüdə Birləşmiş Ştatlar hüdudlarından kənarda yerləşən şəxslərin ABŞ seçkilərinə müdaxilə etmək və ictimai etimadı sarsıtmaq, o cümlədən seçki və təşviqat infrastrukturuna icazəsiz daxil olmaq, təbliğat və dezinformasiyanın gizli yayılması yolu ilə “ifrat hal” yaratmaqda davam edir. ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə qeyri-adi təhdiddir”, - deyə prezident bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin