Polkovnik-leytenanta 8 il yarım həbs verildi

14:17 - 10 Sentyabr 2024

Polkovnik-leytenanta 8 il yarım həbs verildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin sabiq rəisi Rahim Ağayevin məhkəməsi başa çatıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Rafiq Abbasovun sədrlik etdiyi hakim heyəti təqsirləndirilən polkovnik-leytenantı külli miqdarda rüşvət almaqda təqsirli hesab edib.

Törədilən ağır cinayətə münasibətdə Rahim Ağayevə 8 il 6 ay həbs cəzası verilib.

Eks-hərbi komissar cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, R.Ağayev bir il əvvəl Baş Prokurorluqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb. İttihamda deyilir ki, Ağayev çağırışçıların sağlamlıq vəziyyəti ilə bağlı həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində yaxınlarından rüşvət alıb.


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin