Meta sistemlərində icazəsiz avstraliyalıların fotolarından istifadə etdiyini etiraf etdi

17:49 - 11 Sentyabr 2024

Meta sistemlərində icazəsiz avstraliyalıların fotolarından istifadə etdiyini etiraf etdi

“Facebook” və “Instagram”ın sahibi Meta sosial mediada açıq şəkildə paylaşan avstraliyalı istifadəçilərin fotolarından süni intellekt modelinin hazırlanması və inkişafı üçün istifadə etdiyini etiraf edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Meta-nın məxfilik siyasəti meneceri Melinda Claybaugh, senat araşdırmasında bildirdi ki, Avropada Ümumi Məlumatların Qorunması Qaydasına (GDPR) uyğun olaraq, Meta fotoşəkillərini istəməyən istifadəçilərə "icazə verməmək" seçimini təklif edir. 

Claybaugh bildirib ki, Avropadakı istifadəçilərə "razılıq verməmək" variantının təklif edilməsinin səbəbi onların "olduqca ətraflı qanunvericilik bazasına" riayət etmələri ilə bağlıdır.

18 yaşdan yuxarı istifadəçilərin və ictimai hesablardakı yazıların süni intellektin təlimi üçün istifadə edildiyini qəbul edən Claybaugh, gələcəkdə Avstraliyada "icazə verməmək" variantının tətbiq edilib-edilməyəcəyi ilə bağlı şərh verməyib.

"Mən sizinlə səmimi olacağam" dedi Klaybaugh, "mən də daxil olmaqla, avstraliyalılar üçün mövcud olan bütün Avropa variantlarını görmək istərdim. Niyə bu seçimə sahib ola bilmirəm?" dedi.

Claybaugh-un açıqlamasından sonra danışan avstraliyalı senator Tony Sheldon hökuməti texnologiya şirkətlərinin qanunlara əhəmiyyət vermədən istədiklərini etmələrinin qarşısını almaq üçün addımlar atmağa çağırıb.


Xəbər xətti

8 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin