Almaniyada körpü uçdu

22:44 - 11 Sentyabr 2024

Almaniyada  körpü uçdu

Almaniyanın şərqindəki Drezden şəhərində körpü qismən dağılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Drezden yanğınsöndürmə idarəsindən məlumat verilib. Bildirilib ki, Drezdenin tarixi köhnə şəhərini şəhərin digər hissələri ilə birləşdirən Karola körpüsünün təxminən 330 metrlik hissəsi Elba çayına düşüb.

Hadisə zamanı körpüdən keçən avtomobil olmadığından insan tələfatı olmayıb.

Körpünün və ətrafının bağlanması şəhər nəqliyyatında ləngimələrə səbəb olub. Körpü ilə yanaşı istilik sisteminə enerji axını təmin edən borular da zədələnib və Drezden enerjisiz qalıb.

Körpünün digər hissələrinin də uça biləcəyi barədə xəbərdarlıq edilib.

Manşet.az


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin