MSK Natiq Cəfərlinin şikayətini təmin etmədi

17:25 - 12 Sentyabr 2024

MSK Natiq Cəfərlinin şikayətini təmin etmədi

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 33 saylı Xətai 1-ci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntularla bağlı iddialar araşdırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın Ekspert qrupunun üzvü Ramiz İbrahimovun təqdimatına əsasən, bu barədə deputatlığa namizədliyi qeydə alınmış Cəfərov Natiq Mehman oğlu MSK-ya müraciət edib.

Namizəd iddia edib ki, dairənin 10, 21, 11, 18, 23, 32, 20, 38 saylı seçki məntəqələrində pozuntular qeydə alınıb.

Araşdırma zamanı iddia edilən pozuntuların əsasını tapmadığı müəyyən edilib. Namizədə seçki məntəqəsindən 10 videogörüntü təqdim edilib. Videolarda 1, 24 və 25 saylı seçki məntəqələrində səsvermə kabinlərindən iki nəfərin eyni anda çıxdığı görünüb. Məlum olub ki, həmin şəxslərin biri seçici, digəri isə ona kömək edən şəxsdir. Ona görə bu, qanun pozuntusu hesab edilməyib.

Müəyyən edilib ki, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur.

R.İbrahimov əlavə edib ki, videoda əks olunan üç seçicidən biri gözdən əlil, digərləri də eyni şəkildə köməyə ehtiyacı olan şəxslər olub. Buna görə, həmin seçicilərin özəl durumu ilə bağlı seçici siyahısında qeyd aparılıb.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin