Gənc ailələr ev ala bilmirlər: Problem necə həll edilməlidir?

21:33 - 12 Sentyabr 2024

Gənc ailələr ev ala bilmirlər: Problem necə həll edilməlidir?

"Hazırda gənc ailələrin mənzilə sahib olması problemli məsələlərdən biridir. Mənzil almaq istəyən vətəndaşlar ən yaxşı halda dövlətin təklif etdiyi güzəştli ipotekadan istifadə edirlər. Lakin ipoteka şərtləri bir çox hallarda sərfəli deyil. Həm də gənc ailələr güzəştli kateqoriyaya aid deyillər. Həmçinin ipoteka ilə ev almaq bir çox ailələrin cibinə uyğun deyil".

 

Manset.az bildirir ki, bunu Bakupost.az-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.

Onun dediyinə görə, ipoteka xüsusi kateqoriyaları əhatə edir:

"Ümumi ipoteka şərtləri belədir ki, gənc ailənin gəlirləri 1200-1300 AZN olmalıdır. Həmçinin bu gəlirlər rəsmi olmalıdır. Buna cavab verən ailələrin sayı isə çox azdır. İnsanların qarşısını alan məsələ onların rəsmi gəlirlərinin az olması və ya rəsmi gəlirlərin ehtiyac meyarlarını üstələməsidir".

Ekspert hesab edir ki, insanların mənzil sahibi olmasını əlçatan etmək üçün ipoteka şərtləri yumşaldılmalı və ipotekanın məbləği artırılmalıdır:

"Mütləq şəkildə ipoteka məbləği artırılmalıdır. Güzəştli ipotekaların 250 min manat, adi ipotekaların isə 350 min manat olması şərtdir. Rəsmi gəlirlərlə bağlı olan hissələrə isə müəyyən güzəştlər tətbiq edilməlidir".


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin