Növbəti 3 gündə bölgələrdə güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ
10 Oktyabr 2024
01:30 - 13 Sentyabr 2024
Peşəkar Fransa Futbol Liqasının Hüquqi Komitəsi PSJ-dən komandanın sabiq futbolçusu Killian Mbappeyə borcunu qaytarmağı tələb edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Paris klubunun 25 yaşlı fransalı hücumçuya 55 milyon avro məbləğində maaş borcu var. PSJ 8 il ərzində bu məbləği qaytarmalıdır.
Qeyd edək ki, Killian Mbappe sabiq komandası PSJ-dən 2024-cü ilin aprel, may, iyun ayları üçün maaşını və bonuslarını tələb etmişdi. O, bu yay azad agent kimi "Real"a transfer olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin