Norveç Türkiyəyə qarşı məhdudiyyətlərini aradan qaldırır

20:08 - 12 Sentyabr 2024

Norveç Türkiyəyə qarşı məhdudiyyətlərini aradan qaldırır

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli "X" hesabında etdiyi paylaşımda xarici işlər naziri Hakan Fidan ilə Norveçin xarici işlər naziri Espen Barth Eide arasında telefon danışığı olduğunu bildirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Keçeli bildirib ki, Norveçin xarici işlər naziri Eide, Norveçin 2019-cu ildə Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verib. 

Nazir Fidanın qərardan məmnun qaldığını deyən Keçeli bu cür məhdudiyyətlərin müttəfiqlik ruhuna uyğun olmadığını da qeyd edib.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin