Sabah bu ərazilərdə qaz olmayacaq
14 Oktyabr 2024
01:30 - 15 Sentyabr 2024
Alimlər tərlə aktivləşdirilən yeni barmaq sarğısı ilə insanın səhhətinin monitorinqini asanlaşdıracaq texnologiya hazırlayıblar.
Manset.az Lent.az-a istinadən bildirir ki, bu elektron sarğı sadəcə sarğı kimi barmağa taxıla bilər və tər analizindən əldə edilən məlumatlarla qan şəkərinin, vitaminlərin, dərmanların və digər maddələrin səviyyəsini ölçə bilir.
Tədqiqatçılar cihazın analiz zamanı istifadə etdiyi enerjini eyni tərdən əldə etdiyini bildiriblər.
Cihaz tərdəki kimyəvi maddələri elektrik enerjisinə çevirən bioyanacaq hüceyrələrindən istifadə edərək sensorlar vasitəsilə qlükoza, C vitamini və Parkinson xəstəliyinə qarşı dərman levodopa kimi biomarkerləri izləyə bilir.
Toplanmış məlumatlar Bluetooth vasitəsilə smartfona və ya kompüterə ötürülür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin