Ronaldu virusa yoluxdu

18:11 - 15 Sentyabr 2024

Ronaldu virusa yoluxdu

“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldu AFC Çempionlar Liqasında “Əl-Şorta” ilə matçı buraxacaq.

 

Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı hücumçuya virus infeksiyası diaqnozu qoyulub. Komandanın həkimi onun istirahətə ehtiyacı olduğunu və evdə qalmalı olduğunu təsdiqləyib. O, bu gün komanda ilə İraqa getməyəcək.

Qeyd edək ki, sözügedən görüş sentyabrın 16-ı keçiriləcək.


Xəbər xətti

2 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin