Metroda fasilə yarandı: Səbəb nədir?

11:00 - 16 Sentyabr 2024

Metroda fasilə yarandı: Səbəb nədir?

Bu gün Bakı metrosunun fəaliyyətində fasilə yaranıb.

 

Manset.az xəbər verir ki, bu səbəbdən "Həzi Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatar metronun "Ulduz" istiqamətində 6 dəqiqə gözləməli olub.

Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov buna tədris ili ilə əlaqədar sərnişin çoxluğunun səbəb olduğunu bildirib:

“Ötən ilin ilk tədris günü ilə müqayisədə sərnişin həddən artıq çoxdur. Hansı nasazlıqdan danışıldığını bilmirəm. Sadəcə, səhər pik saatlar başlayana qədər qatarların biri depoya getməli, digəri depodan çıxmalıdır. Qatar "Nərimanov" metrosundan elektrik deposuna gedəndə və əks istiqamətdən qayıdanda "Ulduz" - "Həzi Aslanov" istiqamətində iki dəfə artıq interval yaranır. Üstəlik, qapıların saxlanılması və sərnişin sıxlığını nəzərə alsaq, qısamüddətli gecikmələr mümkündür. Ancaq bu gecikmələr dərhal aradan qaldırılır. Başqa bir texniki problem yoxdur".


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin