Bayden Trampın təhlükəsizliyi üçün tapşırıq verdi

11:18 - 16 Sentyabr 2024

Bayden Trampın təhlükəsizliyi üçün tapşırıq verdi

ABŞ Prezidenti Co Bayden Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa mümkün sui-qəsd cəhdi ilə bağlı aparılan təhqiqat barədə məlumatlandırılıb və onu qorumaq üçün bütün resurslardan istifadə etməyi tapşırıb.

 

Manset.az bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, Bayden şübhəlinin həbsdə olduğunu təsdiqləyib və Məxfi Xidmətin Tramp və onun ətrafındakıların təhlükəsizliyini təmin etmək üçün gördüyü işləri yüksək qiymətləndirib:

"Komandam mənə məlumat verdi ki, federal hüquq-mühafizə orqanları keçmiş prezident Trampa qarşı mümkün sui-qəsd cəhdini araşdırır. Mən komandama keçmiş prezidentin təhlükəsizliyini təmin etmək üçün Məxfi Xidməti bütün lazımi resurslar, imkanlar və müdafiə vasitələri ilə təmin etməyə davam etməyi tapşırmışam".

Xatırladaq ki, sentyabrn 15-i axşam saatlarında Donald Trampa qarşı növbəti sui qəsd cəhdi olub. Ona sui-qəsd cəhdində şübhəli bilinən şəxsin adı Rayan Uesli Routdur, onun 58 yaşı var.

İddiaya görə, o, Trampın Florida ştatındakı qolf klubunun qarşısında keçmiş prezidentə avtomat tüfənglə atəş açıb.

Sabiq prezidentin vəziyyətinin yaxşı olduğu bildirilsə də, əlavə məlumat verilməyib.

 

 

Fidan Əliyeva

Manşet.az

 

 


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin