Mehriban Əliyevadan Ümummilli Liderin anım günü ilə əlaqədar PAYLAŞIM
12 Dekabr 2024
15:07 - 16 Sentyabr 2024
14 yaşında yuxuya gedən Karolina Olsson düz 32 il sonra oyanıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə 1876-ci ildə İsveçdə baş verib.
Məlumata görə, bədənində olan ağrılar səbəbilə yatmağa gedən 14 yaşlı Karolinanı heç kim yuxudan oyada bilməyib.
Həkimlər onun demensiya səbəbi ilə bir növ infarkt keçirdiyini bildiriblər. Bu işin maraqlı tərəfi o idi ki, fiziki vəziyyətinə baxmayaraq, ətraf mühitə reaksiya verə bildiyi üçün qızın zehni hələ də aktiv idi, lakin saçlarında və dırnaqlarında uzanma müşahidə olunmurdu. Ailəsi onu süd və şəkərli su verərək qidalandırırdılar.
Nəhayət, Karolina 32 il sonra, 3 aprel 1908-ci ildə yenidən dünyaya göz açıb, lakin özünü hələ də 14 yaşlı gənc qız hesab edirdi.
O, danışmaqda çətinlik çəkir və qardaşlarını tanıya bilmirdi.
Qəribəsi budur ki, Karolina təxminən 25-30 yaşlarında biri kimi gənc görünürdü. Daha sonra o, Stokholmda psixiatrik testlərdən keçib və yatmazdan əvvəl bütün qabiliyyətlərini özündə saxladığı məlum olub.
Qeyd edək ki, yuxudan oyanan Karolina öz həyatına qayıdıb və daha 40 il yaşayıb.
1950-ci il aprelin 5-də 88 yaşında dünyasını dəyişib. Karolinanın bənzərsiz hekayəsi onu "Oknö'nün Yatan Gözəli" kimi tanınmasına səbəb olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin