Bakıda məşhur məktəbin direktoru işdən çıxdı

15:15 - 17 Sentyabr 2024

Bakıda məşhur məktəbin direktoru işdən çıxdı

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova vəzifəsindən azad edilib.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, o, çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.

Məlumatı məktəbdən saytımıza açıqlamada təsdiq ediblər.

Sara Xanlarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

O, Respublikanın Əməkdar müəllimidir.

Qeyd edək ki, Bakının mərkəzində yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 2700-dən çox şagird təhsil alır. Məktəb Bakının ən qədim təhsil müəssisələrindən biridir.

Xatırladaq ki, çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib. Nəticədə ölkə üzrə ümumilikdə 64 nəfər məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb.


Xəbər xətti

14 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin