Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə etdi

19:45 - 17 Sentyabr 2024

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri, habelə regional əlaqələr müzakirə olunub.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar.

Müzakirə çərçivəsində Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) 2024-2026-cı illər üzrə sədrliyinə dair prioritet istiqamətlərə toxunulub.

Hər iki tərəf Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq, dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanmasından məmnunluqlarını ifadə ediblər.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbər xətti

10 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin