Təhsil xərcləri artırılır

21:57 - 17 Sentyabr 2024

Təhsil xərcləri artırılır

Gələn il dövlət büdcəsində təhsil xərclərinə 4,945.8 milyon manat ayrılması proqnozlaşdırılır.

 

Manset.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamasında əksini tapıb.

Təhsil xərclərinin büdcədə xüsusi çəkisi 12,5 faiz olacaq.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 milyard 550 milyon 334 min 684 manat nəzərdə tutulub. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə təhsil xərcləri 8,7 faiz artırılır.

 


Xəbər xətti

10 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin