Azərbaycanla bu türk ölkəsi arasında təlim baş tutdu
5 Oktyabr 2024
10:48 - 19 Sentyabr 2024
ABŞ-də Respublikaçılar Partiyası administrasiyasının 100-dən çox keçmiş əməkdaşı noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampa səs verməyəcəklərini və demokrat Kamala Harrisi dəstəkləyəcəklərini bildiriblər.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə,111 nəfərin imzası ilə ictimaiyyətə ünvanlanan açıq məktubda deyilir ki, Tramp yenidən prezident kimi fəaliyyət göstərməməlidir.
Onların fikrincə, Tramp prezident kimi düzgün siyasət yürütmür, şəxsi maraqlarını Amerikanın maraqlarından üstün tutur.
Qeyd edək ki, imzalayan 111 nəfər arasında Prezidentlər Ronald Reyqan, Corc H.V. Buş və Corc Buşun dövründə xidmət etmiş keçmiş məmurlar, həmçinin Tramp administrasiyasının iki rəsmisi var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin