“TOST” pul piramidasını quran dələduzlar saxlanıldı: 5 milyon ələ keçirilib - VİDEO
9 Oktyabr 2024
14:13 - 19 Sentyabr 2024
Rusiya ölkədə qeyri-qanuni qalan əcnəbilərin reyestrini yaratmağı planlaşdırır. Oraya daxil edilən miqrantlara bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Məsələn, onların ailə qurmasına və ya boşanmasına, nəqliyyat vasitəsini idarə etməsinə və bank xidmətlərindən istifadəsinə icazə verilməyəcək.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy bildirib.
Bundan əlavə, qeyri-qanuni mühacirlərə əmlakı qeydiyyata almaq, uşaqları uşaq bağçalarına və məktəblərə yazdırmaq qadağan ediləcək.
Dövlət Dumasının deputatları miqrantlara nəzarət reyestrinin - Rusiyadan deportasiya edilməli olan müddəti bitmiş və ya ləğv edilmiş miqrasiya sənədləri olan xarici vətəndaşlar haqqında məlumat bazasının yaradılmasını sürətləndirməyi xahiş ediblər. Qeyd edək ki, bu barədə baş nazirin müavini Tatyana Qolikovanın parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodinə ünvanladığı məktubda deyilir.
2024-cü ilin sonuna qədər Nazirlər Kabineti Rusiyada qeyri-qanuni olan şəxslərin deportasiyası üçün reyestr yaratmaq və rejimi həyata keçirmək üçün zəruri olan altı qərar və 11 idarə sərəncamı hazırlayacaq.
Məktubda qeyd olunur ki, reyestrə daxil edilmiş miqrantlar haqqında məlumatlara giriş açıq olacaq. Bundan əlavə, Rusiya ərazisində miqrantların mövcudluğunun monitorinqi və qanun pozucularının ölkədən çıxarılması üçün yeni yanaşmaların həyata keçirilməsi üçün yuxarıda göstərilən resursun modernləşdirilməsi planlaşdırılır.
Bildirilir ki, Rusiya ərazisində 630 min qanunsuz miqrant var.
İclas iştirakçıları nəzarət edilən şəxslərin xüsusi reyestrinin yaradılması imkanlarını da müzakirə ediblər. Qorovoy qeyd edib ki, hazırda ölkədə olan bütün qeyri-qanuni immiqrantları daxil etsək, “heç bir İT infrastrukturu buna tab gətirə bilməz”. Bunun qarşısını almaq üçün o, xırda cinayət törətmiş şəxslərə amnistiya verilməsini təklif edib. Daxili İşlər Nazirliyinin nümayəndəsinin təklifini FSB əks-kəşfiyyat xidmətinin rəhbəri Vladislav Menşikov dəstəkləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin