"ABŞ müstəqil ölkələrin işlərinə nifaq salmaq planı qurur"- İran prezidenti

17:15 - 19 Sentyabr 2024

"Vaşinqton öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur".

 

Manset.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Venesuelanın nəqliyyat naziri Ramon Velaskeslə görüşündə deyib.

“Birləşmiş Ştatların başçılıq etdiyi qlobal birqütblü sistem həmişə müstəqil ölkələrdə nifaq salmaq, sonra isə onlardan öz maraqları üçün istifadə etmək planları qurur. Ölkələrimizin insanları hökumətlərin yalnız öz maraqlarından çıxış etdiyini görəndə, amerikalıların nifaq salmaq üçün göstərdiyi bütün səylər faydasız olacaq”, - Pezeşkian qeyd edib.

İran prezidentinin sözlərinə görə, qüvvələri birləşdirərək, qarşılıqlı fəaliyyət və əməkdaşlığı dərinləşdirməklə Tehran və Karakas onlara qarşı yönəlmiş bütün sui-qəsdləri zərərsizləşdirə biləcəklər.

 


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin