“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı
6 Oktyabr 2024
08:30 - 20 Sentyabr 2024
Kartof vitaminlərlə zəngindir və dözümlülüyü artırır, bu məhsulu daha tez-tez yeyin.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya biotexnoloq Dmitri Kulikov danışıb.
Onun sözlərinə görə, az miqdarda kartof yemək orqanizmin gündəlik C vitamini ehtiyacının üçdə birini təmin edəcək. Kartof həmçinin K vitamini, B qrupu vitaminləri, dəmir və ürək üçün vacib olan kaliumla zəngindir.
Kulikov həmçinin qeyd edib ki, qırmızı və ya bənövşəyi rəngli kartofda nişasta azdır. Bundan əlavə, kartofun tərkibində ürək sağlamlığına faydalı təsir göstərən və xərçəng riskini azaldan maddələr də var. Eyni zamanda, təzə sıxılmış kartof şirəsi mədə-bağırsaq traktına, qaraciyərə, endokrin sistemə, maddələr mübadiləsinə və immunitetə faydalıdır.
"Kök tərəvəzi bitki lifi ilə zəngindir, bu, dözümlülüyü və məhsuldarlığı artırır", - deyə Kulikov bildirib.
Amma biotexnoloq məhsulun faydalı xüsusiyyətlərini qorumaq üçün onu düzgün hazırlamağın vacib olduğunu deyib. Onun sözlərinə görə, ən sağlamı kartofu pörtlətməkdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin