Sabah bu ərazilərdə qaz olmayacaq
14 Oktyabr 2024
13:47 - 20 Sentyabr 2024
"Mən bu hadisədən sonra ümid edirəm ki, bütün sığınacaq və uşaq evlərinə mərkəzləşdirilmiş kamera quraşdırılacaq".
Manset.az-ın məlumatına görə, bu sözləri "Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı canlı efirdə deyib:
"Onda oğurluq da, uşaqların nə yediyi də görüləcək. Uşaqların döyüldüyü anı da görəcəyik. Elə bir sayt qurulsun ki, insanlar da o sayta girib baxa bilsinlər. Sadəcə instaqramda, tiktokda paylaşmaq üçün yox. Saytda baxılsın".
Qeyd edək ki, Bakıda yeniyetmənin internatdan qaçmağı ilə bağlı Xoşqədəm Hidayətqızı verlişində məlumat verib.
Jurnalist Xətai rayonunda yerləşən 3 nömrəli Uşaq evinin 13 yaşlı sakini Ramalı efirə dəvət edib və ondan qaçma səbəbini soruşub.
Yeniyetmə bildirib ki, uşaq evində döyüldüyü və təhqir edildiyi üçün qaçıb və 8 gündür ki, küçədə qalır. Ramal bildirib ki, orda onları bərk əşyalarla döyüb, tərbiyəsiz videolar göstərib, analarını söyürmüşlər. Bunlara dözməyən yeniyetmə çıxış yolunu ayaqyolunun pəncərəsindən qaçmaqda görüb. Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən uşaq evi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Görüntülərdə uşaqlara olan qulluq, onların necə qidalandığı barədə nöqsanlar haqqında məlumat verilmiş, bildirilmişdi ki, müəssisədə uşaqlara quru çörək verirlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin