Qərbi Azərbaycan İcması Ermənistan prezidentinə cavab verdi
13 Oktyabr 2024
17:20 - 20 Sentyabr 2024
Norveç hökuməti Ukraynaya illik yardımın göstərilməsi müddətini 2030-cu ilə qədər uzadıb və bunun üçün hər il əlavə 475 milyon dollar ayıracaq.
Manset.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Jonas Gahr Store məlumat verib.
2023-cü ildə Norveç Ukraynaya beş il - 2028-ci ilə qədər yardım öhdəliyi götürüb və bunun üçün təxminən 7,1 milyard dollar ayırıb.
İndi 2030-cu ilə qədər Kiyevə ümumi yardım 12,8 milyard dollara qədər artacaq, yəni təxminən daha 5,7 milyard Ukrayna ehtiyaclarına yönəldiləcək.
Qeyd edək ki, 2024-cü ildə Oslo artıq Kiyevə 2 milyard dollardan çox hərbi və humanitar yardım ayırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin