Ukrayna rus desant alayının komandirini məhv etdi

23:01 - 22 Sentyabr 2024

Ukrayna rus desant alayının komandirini məhv etdi

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Rusiya Hava Desant Qüvvələrinin desant-hücum alayının komandiri, polkovnik-leytenant Aleksandr Kurini məhv edib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Onun FPV pilotsuz təyyarəsinin zərbəsi nəticəsində məhv edildiyi qeyd edilir. Kurinin məhvi Hava-Desant Qüvvələri üçün böyük itki sayılır.

Qeyd edilib ki, avqustun sonunda Ukrayna Silahlı Qüvvələri Kurinin avtomobilinə FPV pilotsuz təyyarəsi ilə hücum edib və onun müavini Yuri Mixaylovu məhv edib.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin