Britaniyanın kəşfiyyat məlumatları Ukraynaya ötürülür

01:00 - 23 Sentyabr 2024

Britaniyanın kəşfiyyat məlumatları Ukraynaya ötürülür

Qara dənizin Rusiya sahilləri yaxınlığında müntəzəm uçuşlar həyata keçirən Britaniyanın "RC-135W Rivet Joint" müşahidə təyyarəsi tərəfindən toplanan məlumatlar NATO ölkələri vasitəsilə Ukraynaya ötürülür.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "UK Defence Journal" nəşri məlumat yayıb.

"Rəsmi olaraq toplanan istənilən kəşfiyyat məlumatı NATO ölkələrinə göndərilir, lakin hamı bilir ki, bəzi ölkələr bu məlumatları Ukrayna ilə bölüşürlər", - nəşr bildirib.

Qeyd olunub ki, belə elektron kəşfiyyat təyyarələrinin uçuşları hazırda iki "Tayfun" qırıcısının müşayiəti ilə həyata keçirilir:

"Bu uçuşlarla onlar Rusiyaya açıq siqnal göndərirlər ki, Böyük Britaniya risklərə baxmayaraq, kəşfiyyat məlumatlarını toplamağa davam edəcək".


Xəbər xətti

13 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin