"Hələ də sağ olduğuma təəccüblənirəm" - VİDEO

10:35 - 23 Sentyabr 2024

Avstraliyanın Tasmaniya əyalətində sörfinq üzrə təlimatçı Mikey Brennan fəaliyyəti zamanı dənizin ən təhlükəli bölgəsində böyük dalğa ilə rastlaşıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Belə ki, Mikey Brennan dənizin təhlükəli bölgəsində sörfinq edərkən nəhəng dalğa onu suyun altına atıb və zərbə nəticəsində sörfçü gözdən itib.

Bir müddət sonra xilasetmə qüvvələri tərəfindən tapılaraq xəstəxanaya yerləşdirilib. 

Qabırğaları əzilmiş və yüngül dərəcəli kəllə-beyin travması keçirmiş Brennan həmin anı çox az xatırladığını bildirib:

"Hələ də sağ olduğuma təəccüblənirəm. Dalğanın məni ağuşuna alıb dənizin dibinə doğru atdığı anı çox az xatırlayıram. O cür ağır zərbədən sonra sadəcə yüngül dərəcəli kəllə-beyin travması keçirdim və qabırğalarımda sınıq var. Normalda isə ya ölməli idim, ya da iflic olmalı idim. Amma mən yaxşıyam. Bunun üçün çox xoşbəxtəm və xilasetmə qruplarına təşəkkür edirəm".  

Mikey Brennanın dalğanın altında qaldığı görüntüləri təqdim edirik:

 

Fidan Əliyeva

Manşet.az

 

 

 


Xəbər xətti

10 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin