Qərb Ukrayna büdcəsinə ayrılan vəsaiti 2 dəfə azaltdı

15:15 - 23 Sentyabr 2024

Qərb Ukrayna büdcəsinə ayrılan vəsaiti 2 dəfə azaltdı

Qərb ölkələri Ukraynaya maliyyə yardımını yarıbayarı azaldıb .

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat verib.

Məlumata görə, 2024-cü ilin birinci yarısında Qərb Ukraynanın bütün büdcə xərclərinin cəmi 27 faizini maliyyələşdiribsə, ötən ilin birinci yarısında bu rəqəm 50 faiz təşkil edirdi.

Ölkənin büdcə xərclərinin pul ifadəsində maliyyələşdirilməsi il ərzində 19,1 milyard dollardan 10,6 milyard dollara düşüb.

Eyni zamanda, Ukraynanın büdcəsinin yükü artır. Bu ilin birinci yarısında Kiyev borcun ödənilməsinə 900 milyon dollar, ikinci yarıda isə 5,2 milyard dollar xərcləyib ki, bu da təhsil, səhiyyə və Ukrayna iqtisadiyyatının birgə xərclərindən çoxdur.

Qeyd edək ki, bundan öncə Ukraynanın dövlət borcu 3,2 milyard dollar artaraq 155 milyardı ötüb. Bu məbləğin 72,69 faizi (112,92 milyard dollar) xarici, 27,31 faizi (43,42 milyard dollar) daxili borcdur.

 

Fidan Əliyeva

Manşet.az

 

 

 


Xəbər xətti

10 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin