Xanlar Vəliyev Emin Quliyevin rütbəsini artırdı - FOTO
10 Oktyabr 2024
16:48 - 23 Sentyabr 2024
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh sammiti təklifinə sərt cavab verib.
Manset.az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Zaxarova vurğulayıb ki, bu sülh təşəbbüsləri Qərbin və Ukraynanın Rusiyaya təzyiq göstərmək cəhdlərinin bir hissəsidir.
O, açıqlamasında Rusiyanın “terrorçularla” dialoq qurmayacağını bildirib, həmçinin Kiyev və Qərbin sülhdən çox müharibəyə üstünlük verdiyini vurğulayıb.
Belə sammitlərdə iştirakdan imtina etdiklərini bildirən Zaxarova Rusiyanın böhranın siyasi və diplomatik yollarla həllinə açıq olduğunu bildirib. Rusiya Prezidenti Vladimir Putinin iyunun 14-də təqdim etdiyi sülh təşəbbüsünə də toxunan Zaxarova, davamlı və ədalətli sülhün yalnız Rusiyanın maraqlarının nəzərə alınması ilə mümkün olacağını bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin