Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı
4 Dekabr 2024
17:42 - 23 Sentyabr 2024
Rusiya hökuməti uşaqdan imtina ideologiyasının təbliğinə görə cərimələr haqqında qanun layihəsini dəstəkləyib.
Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Mövcud qanunvericiliyə əsasən, qeyri-ənənəvi cinsi münasibətlərin təbliği, habelə cinsiyyətinin dəyişdirilməsini təbliğ edən vətəndaşları 50 min rubldan100 min rubla qədər, vəzifəli şəxsləri 100 min rubldan 200 min rubla qədər cərimə gözləyir.
Həmçinin uşaqsızlıq haqqında neytral və ya müsbət məlumatların yayılmasına görə rusları yüz min rubla qədər, hüquqi şəxsləri - bir milyon rubla qədər cərimə və üç ay müddətinə işlərin dayandırılması gözləyir. Əgər məlumat yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulubsa, internet və ya KİV vasitəsilə yayılırsa, cərimələr iki dəfə artırılacaq.
Qeyd edək ki, “Uşaqsızlıq təbliğatı” qadağan edən qanun layihəsinin müəllifi Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Elvira Aitkulovadır. Onun 51 yaşı var, iki qızı və bir nəvəsi var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin