Maaş və təqaüdlər bu qədər artacaq - AÇIQLAMA
16 Oktyabr 2024
14:42 - 24 Sentyabr 2024
Hollandiya Ukraynada mühüm infrastrukturun bərpası və humanitar yardım üçün 209,5 milyon avro (400 milyon manat) ayıracaq.
Manset.az xəbər verir ki, bu barədə Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp "X" sosial şəbəkəsində bildirib.
"Hollandiya Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə kritik infrastrukturun bərpası və humanitar yardım da daxil olmaqla, 209,5 milyon avroluq yeni yardım paketi elan edib. Biz Ukraynanın Enerji Dəstəyi Fonduna 45 milyon avro veririk və təchizatı maliyyələşdiririk”, – Kaspar Veldkamp yazıb.
Hollandiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ukrayna xüsusi hərbi əməliyyat başlayandan bəri ölkənin Ukraynaya göstərdiyi yardımın ümumi həcmi 3 milyard avro olub. Onlar 2025-ci ildə də Kiyevə dəstək olacaq.
Qeyd edək ki, Hollandiya Ukraynanı F-16 qırıcıları və təlim pilotları ilə təmin edən koalisiyada da böyük rol oynayır.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin