Makronun reytinqi rekord həddə düşdü

14:51 - 24 Sentyabr 2024

Makronun reytinqi rekord həddə düşdü

Fransada dərc olunmuş "Odoxa" sorğusunun məlumatlarına görə, Prezidenti Emmanuel Makronun həmvətənləri arasında dəstəyinin səviyyəsi dövlət başçısı olduğu 7 ildə ən aşağı səviyyəyə düşüb.

 

Manset.az bu barədə Fransa mətbuatına istinadən xəbər verir.

Beləliklə, fransızların yalnız dörddə biri prezidentin işini müsbət qiymətləndirir, qalan 75% respondent Makronun fəaliyyətindən narazıdır.

Sorğu həmçinin müəyyən edib ki, respondentlərin yalnız 39%-i Mişel Barnieri “yaxşı” Baş nazir hesab edir. Əksinə, 59% onun Baş nazir kimi zəif işlədiyini düşünür. Bu, son 7 ildə Baş nazirin təyinatı zamanı ən yüksək səviyyədə narazılıqdır.

Qeyd edək ki, sorğu cins, yaş, peşə, eləcə də rayon və yaşayış məntəqəsinin ölçüsü üzrə reprezentativ seçmə üzrə aparılmışdır. 

 

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin