“Büdcə gəlirləri 2.2 milyard manat artıb”

18:48 - 24 Sentyabr 2024

“Büdcə gəlirləri 2.2 milyard manat artıb”

“Ötən dövr ərzində müsbət makro-fiskal göstəricilər, dünya enerji bazarlarında əlverişli qiymət, profisitli tədiyə balansı, dövlət büdcəsinə əlavə gəlir daxilolmaları nəticəsində 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılıb”.

 

Manset.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin bu gün keçirilən iclasında bildirib

Onun sözlərinə görə, nəticədə büdcə gəlirləri 2.2 mlrd. manat, büdcə xərcləri isə təxminən 3.0 mlrd. manat artıb.

“Yenidən baxılmış büdcə ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili üzrə zəruri olan bir sıra əlavə xərclərin maliyyələşdirilməsinə imkan yaradıb”, - Baş nazir əlavə edib.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin