Bu sürücülər cərimələnəcək - DYP-dən XƏBƏRDARLIQ
10 Dekabr 2024
18:15 - 27 Sentyabr 2024
Avstraliyada çinli həkim Şuquan Liu tərəfindən bitki müalicəsi görən 41 yaşlı qadın ürək tutmasından dünyasını dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sonuncu həkim qəbulundan 2 gün sonra ürək tutmasından dünyasını dəyişən bədbəxt qadında kalium çatışmazlığı və ürək ritminin pozulması olduğu müəyyən edilib.
İddialara görə, 41 yaşlı qadının ürək xəstəliyi var və çinli həkim lazımi sualları vermədən xəstəyə birbaşa bitki çayı müalicəsi tətbiq edib.
Məhkəmədə məlum olub ki, xəstənin nəbzi, təzyiqi yoxlanılmayıb. Bundan əlavə, xəstəyə ürək və bağırsaq sağlamlığı ilə bağlı heç bir sual verilməyib.
Müayinələrdən sonra Dr. Şuquan Liunun 3 il müddətinə bu peşədən uzaqlaşdırılmasına qərar verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin