Məşhur müğənni 46 yaşında evlilik təklifi aldı - FOTO

13:33 - 28 Sentyabr 2024

Məşhur müğənni 46 yaşında evlilik təklifi aldı - FOTO

Məşhur müğənni Ani Lorak 46 yaşında gəlinlik paltarı geyinəcək. 


Manset.az Publika.az-a istinadən xəbər verir ki, Lorak sevgilisi İsaak Vicarudan evlilik təklifi alıb. Bu barədə “Arqumentı i faktı” məlumat yayıb.

Müğənnini ad günündə evlilik təklifi alıb. Qeyd olunur ki, Vicaru həmin anın videosunu sosial şəbəkələrində yerləşdirib. O, diz çöküb üzük qutusunu ona uzadıb, Lorak “bəli” deyib.

Qəzet onu da əlavə edib ki, Vicarunun 48 yaşı var. O, terapevt, yoqa təlimatçısıdır. Onun əvvəlki münasibətdən bir oğlu və bir qızı var. Lorak bir qız böyüdür. Əlavə etdilir ki, o, "Cənab İspaniya" milli gözəllik müsabiqəsinin qalibi olub.



Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin