"Zirə" "Kəpəz"i məğlub etdi

18:58 - 28 Sentyabr 2024

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Zirə" "Kəpəz"i məğlub edib.

 

Manset.az xəbər verir ki, paytaxt təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.

42-ci dəqiqədə Ceyhun Nuriyev, 51-ci dəqiqədə Rüstəm Əhmədzadə, 57-ci dəqiqədə Davit Volkov fərqlənib.

"Qartallar" bu nəticədən sonra 15-ci xalını qazanıb və ikinci sıradakı "Qarabağ"a çatıb. Bütün görüşlərdə uduzan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər qarşılaşmasında "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin