İraqın Baş naziri Məhəmməd əl-Sudani İsrailin hücumu nəticəsində həlak olan “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın xatirəsinə ölkədə matəm elan edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İraq hökumətinin başçısının mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Məhəmməd əl-Sudani “Hizbullah”ın baş katibinin xatirəsinə bütün İraqda üç günlük ümumi matəm elan edib...”, - məlumatda qeyd olunub.