Xanlar Vəliyev Emin Quliyevin rütbəsini artırdı - FOTO
10 Oktyabr 2024
12:20 - 30 Sentyabr 2024
Babək rayonu Nehrəm qəsəbə sakinləri E.V. və B.A. 2 iyun 2024-cü il tarixdə “İnstagram” və 3 iyun 2024-cü il tarixdə “Facebook” sosial şəbəkələrində video paylaşım edərək Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinə dair heç bir əsas və ya sübut olmadan, konkret şəxs göstərilmədən qərəzli, həqiqətə uyğun olmayan əsassız ittiham və böhtan xarakterli məlumatlar səsləndiriblər.
Manset.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi işgüzar nüfuzunu ləkələmək məqsədilə qərəzli və həqiqətə uyğun olmayan əsassız ittiham və böhtan xarakterli məlumatlar paylaşan şəxslərlə bağlı (Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 293.3.1-ci, 293.3.7-ci maddələrinin tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) məhkəməyə müraciət edib. Agentlik tərəfindən Naxçıvan şəhər Məhkəməsinə xüsusi ittiham qaydasında edilən şikayətə baxılıb, yayımlanan videoların silinməsi və təkzib verilməsinə dair qərar qəbul edilib.
Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər məhkəmə baxışı iclaslarında qanunu düzgün anlamadıqlarını, sosial şəbəkələrdə paylaşdıqları videoların əsassız olduğunu etiraf ediblər. Eyni zamanda şəxsi sosial media hesablarında Agentlik barədə iddialarının əssasız olduğunu bildirən videogörüntü paylaşıblar, həmçinin istifadə etdikləri kanala da məktub göndərərək onlardan da videonun silinməsini tələb ediblər.
Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş təkzib məktubu, həmçinin şəxsi sosial media hesablarında paylaşdıqları videoda qeyd olunan iddialarla bağlı məhkəmə prossesində mövcud sahələri tənzimləyən qanunvericiliyin tələbləri izah olunduğundan yanlış anladıqlarını etiraf etmələrini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 87.6.15-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilib.
Hər hansı şikayət və təklifləri olan şəxslər Agentliyin rəsmi e-poçt ünvanına ([email protected]) və sosial şəbəkə hesablarına (İnstagram: https://www.instagram.com/nfsa.gov.az?igsh=d3E5YTh0eGN0ZTJs&utm_source=qr,Facebook:https://www.facebook.com/share/QkVKADitjB6RQVQZ/?mibextid=LQQJ4d, X: https://x.com/nfsagovazz?s=21&t=M1UiYmT64TN4vdR5hTzasg) müraciət edə bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin