Hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
4 Noyabr 2024
17:22 - 30 Sentyabr 2024
Superstar ləqəbli Ajda Pekkan dünən axşam Efes Antik Teatrında saat 21.00-da başlamalı olan konsertinə təxminən bir saat gecikib.
Manset.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Tamaşaçılar Pekkanı uzun müddət gözlədikdən sonra ona sərt reaksiya verib və sosial media hesablarında müğənnini tənqid ediblər. Hətta bəzi tamaşaçılar bu səbəbdən konsert meydanını tərk edib.
Ajda Pekkan səhnəyə gec gəldiyi üçün tamaşaçılardan üzr istəyib:
"Dəyərli alqışlarınız üçün çox, çox, çox sağ olun. Hər birinizdən üzr istəyirəm. And içirəm, bu axşam nələr keçirdiyimi bilsəydiniz... Mən bu günü heç vaxt belə təsəvvür etməmişdim. Sadəcə uzaqdan gəlmək çox çətindir. Bir daha məni gözlədiyiniz üçün hər birinizdən çox üzr istəyirəm".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin