“TOST” pul piramidasını quran dələduzlar saxlanıldı: 5 milyon ələ keçirilib - VİDEO
9 Oktyabr 2024
10:21 - 1 Oktyabr 2024
İngiltərədə "University College London"un mütəxəssisləri 8849 metr hündürlükdə olan Everestin hündürlüyünün necə artdığını öyrənmək üçün müxtəlif modellərdən istifadə edərək Himalay dağlarında illər ərzində çayların təkamülünü araşdırıblar.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tədqiqatçılar təqribən 89 min il əvvəl Everest yaxınlığında yerləşən Arun çayının Kosi çayı ilə birləşməsinin bölgədə eroziyanı artırdığını müəyyən ediblər.
Məlumata görə, bu birləşmənin böyük miqdarda qaya və torpağı aşındırdığı üçün eroziyadan sonra yer qabığının altından gələn təzyiqin Everestin hündürlüyünün artmasına səbəb olur.
Onlar bildirib ki, Everest dağı son 89 min ildə çayın yaratdığı eroziya səbəbiylə 15-50 metr uzanıb və hər il təxminən 2 millimetr uzanmağa davam edəcək.
Xatırladaq ki, Everest planetimizin ən yüksək dağ zirvəsidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin