ABŞ Ukrayna, Yaponiya və Bolqarıstan üçün bombalar hazırlayacaq

10:34 - 1 Oktyabr 2024

ABŞ Ukrayna, Yaponiya və Bolqarıstan üçün bombalar hazırlayacaq

ABŞ hakimiyyəti Ukrayna , Yaponiya və Bolqarıstana tədarük məqsədilə kiçik diametrli bombaların istehsalı üçün Boeing korporasiyası ilə müqavilə bağlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

Müqavilənin məbləği 6,9 milyard dollardır. 

“Bu müqavilə kiçik diametrli bombaların istehsalı və tədarükünü nəzərdə tutur”, - məlumatda bildirilir.

Prosesin 2035-ci ilin dekabrına qədər başa çatması planlaşdırılıb.

Xatırladaq ki, may ayında Boeing təxminən 7,5 milyard dollar dəyərində bombaların tədarükü üçün ABŞ Hərbi Hava Qüvvələri ilə müqavilə imzalamışdı.


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin