İran İsraili raket atəşinə tutur

21:14 - 1 Oktyabr 2024

İran İsraili raket atəşinə tutur

İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə raket hücumu təşkil etdiyini açıqlayıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum HƏMAS lideri İsmayıl Haniyənin qətlinə cavabdır və əgər İsrail hərbi reaksiya verərsə, daha sarsıdıcı cavabla üzləşəcək.

İranın BMT-dəki daimi nümayəndəliyi isə bəyan edib ki, İsrailə hücum ölkənin suverenliyinin pozulmasına legitim cavabdır.

Qeyd edək ki, raket zərbələrilə əlaqədar İordaniya və İraq həva məkanını bağlayıb.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin