Xanlar Vəliyev Emin Quliyevin rütbəsini artırdı - FOTO
10 Oktyabr 2024
02:45 - 2 Oktyabr 2024
Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Manset.az Azərtac-a istinadən xəbər verir ki, onlar Yaxın Şərqdə getdikcə gərginləşən vəziyyəti müzakirə ediblər. Keir Starmer Böyük Britaniyanın İsrailin təhlükəsizliyinə və mülki vətəndaşların müdafiəsinə sadiq qaldığını bildirib.
Danışıqlar zamanı Keir Starmer Livanda atəşkəsin vacibliyini qeyd edib və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq siyasi həll üçün imkan yaradılmasının əhəmiyyətini vurğulayıb.
Baş nazir, həmçinin Qəzza zolağında mövcud vəziyyəti, atəşkəsin vacibliyini və girovların azad edilməsi üçün addımlar atılmasının zəruriliyini də müzakirə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin