"İsrail İranın neft emalı zavodlarını hədəf almağı planlaşdırır" - KİV

13:34 - 2 Oktyabr 2024

İsrail mətbuatı İsrailin Tehranın raket hücumuna yaxın günlərdə cavab verəcəyini iddia edib.

 

Manset.az bu barədə İsrailin Walla xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Tel-Əviv İrana qarşı yaxın günlərdə qisas əməliyyatı həyata keçirəcək.

Xəbərdə həmçinin İsrailin raket hücumuna cavab olaraq Tehrandakı neft emalı zavodlarını vurmağı hədəflədiyi və İranın hava hücumundan müdafiə sistemlərinin də vurula biləcəyi iddiası yer alıb.

Xatırladaq ki, oktyabrın 1-dən 2-nə keçən gecə İran İnqilab Keşikçiləri Korpusu İsrailə onlarla ballistik raketlə hücum etdiyini açıqlayıb.

 

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin